"Mirzə" - Azərbaycan dilində olan mətnlərin orfoqrafik səhvlərini düzəltmək üçün yaradılmış onlayn proqram təminatıdır. O, mətni skan etdikdən sonra hər ifadəni düzgün yazılmış sözlərin məlum siyahısı (lüğət) ilə müqayisə edir. Bir neçə düzəliş mümkün olduqda istifadəçiyə onlardan birini seçmək, və ya öz variantını yazmaq təklif olunur.
Avtomatik və interaktiv onlayn orfoqrafiya yoxlayıcısı "Mirzə" BP Azərbaycan şirkətinin dəstəyi ilə ADA Universitetinin nəzdində hazırlanmışdır.